Abdullah ibn Abbas
| Abdullah ibn Abbas | |
|---|---|
| ərəb. عبد الله بن عبَّاس | |
| | |
| Doğum tarixi | təq. 619[1][2] |
| Doğum yeri | |
| Vəfat tarixi | 688[3] (68–69 yaşında) |
| Vəfat yeri |
|
| Uşaqları | |
| Atası | Abbas ibn Əbdülmütəllib |
| Anası | Lübabə binti Haris |
| Elm sahələri | islam etiqad məzhəbləri[d], təfsir, fiqh, hədis elmi |
| Tanınmış yetirmələri | Əta ibn Əbu Rəbah, Vəhb ibn Münəbbih, Tavus ibn Keysan, Ənəs ibn Malik, Qasım ibn Məhəmməd ibn Əbu Bəkr, İbn Sirin, Mücahid ibn Cəbr |
Abdullah ibn Abbas ibn Əbdülmüttəlib (ərəb. عبدالله بن عباس; təq. 619[1][2], Məkkə[4] – 688[3], Taif, Məkkə bölgəsi[d][4]) — Məhəmməd peyğəmbərin tanınmış səhabəsi, İslam alimi və fəqihi.[5] Məhəmməd peyğəmbərin əmisi Abbasın oğlu idi.
Peyğəmbərin Mədinəyə hicrət etməsinə üç il qalmış Məkkədə doğulmuşdur. Məhəmməd peyğəmbərin yanında böyümüş, gənc yaşlarında ondan İslam dinin əsaslarını öyrənmişdir. Hicrətin səkkizinci ilinə qədər, Abdullah ibn Abbas öz ailəsi ilə Məkkədə yaşamışdır[5]. Ancaq, şəhərin müsəlmanların əlinə keçməsindən az öncə, onlar da Mədinəyə hicrət etmişdirlər. O, Hüneyn və Taif döyüşlərində, eləcə də, Məkkənin alınmasında iştirak etmişdir. Abdullah ibn Abbas Raşidi xəlifələr dövründə xəlifələrə yaxın olmuş, müsəlmanların Şimali Afrika və Təbəristana yürüşlərində iştirak etmişdir[6].
Xəlifə Osmanın vəfatından sonra Abdullah ibn Abbas Əli ibn Əbu Talibi xəlifə kimi tanıyıb, ona dövlət işlərində yaxından köməklik göstərmişdir. Əli onu idarəçilik qabiliyyəti səbəbi ilə Bəsrə şəhərinin başçısı təyin etmişdir. Bu vəzifədə olarkən o, xaricilərin üsyanını yatıra bilsə də, sonra dövlət işlərindən uzaqlaşmış, həyatının sonuna kimi Məkkədə yaşayaraq, elmlə məşğul olmuşdur. Xəlifə Müaviyə öldükdən sonra Abdullah ibn Abbas, Hüseyn ibn Əlini xəlifə Yezidə qarşı çıxmış kufəlilərin çağırışına uymamağa dəvət etmiş, onun oraya getməsinin məqsədəuyğun olmadığını qeyd etmişdir. Buna baxmayaraq, Hüseyn Kufəyə yollanmış və orada şəhid olmuşdur[6].
Abdullah ibn Abbas fiqh elminin ən mahir bilicisi idi. Hər hansı hökmü verdikdə o, ilk olaraq Qurana müraciət edirdi. Orada problemin həllini tapmayanda isə o zaman Məhəmməd peyğəmbərin həyat yoluna, daha sonra onun səhabələrinin həyat nümunələrinə istinad edərək problemləri həll edirdi. Bundan başqa, Abdullah ibn Abbas Quran təfsirçisi kimi də tanınırdı[6].
Abdullah ibn Abbasın elmini, mədəniyyətini və bacarığını müsəlmanların düşmənləri də dəyərləndirmişlər. O, elçi kimi müsəlman ordusunun rəhbərliyi adından Bizansın Şimali Afrika bölgələrinin başçısı Georgiusun yanına göndərilmiş, orada elmi mübahisələrdə iştirak etmişdir. Onu dinləmiş Georgius, Abdullah ibn Abbası ən bilikli ərəb adlandırmışdır. Abdullah ibn Abbas 687-ci ildə 70 yaşında ikən Taifdə vəfat etmişdir[6].
İstinadlar
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 ʿAbd Allāh ibn ʿAbbās Ibn ʿAbbās // AlKindi.
- ↑ 1 2 OpenITI corpus. OpenITI.
- ↑ 1 2 3 4 Али-заде А. Абдуллах ибн Аббас (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. С. 12.
- ↑ 1 2 Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 6. (az.)
- ↑ 1 2 3 4 Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 7. (az.)
Ədəbiyyat
- ""Ümmətin alimi" ləqəbli səhabə - Abdullah ibn Abbas". islam.az (az.). 17 may 2021. İstifadə tarixi: 21 dekabr 2023.
Xarici keçidlər
Content Disclaimer
Informasi ini disarikan dari Wikipedia dan disajikan kembali untuk tujuan edukasi. Konten tersedia di bawah lisensi CC BY-SA 3.0. Kami tidak bertanggung jawab atas ketidakakuratan data yang bersumber dari kontribusi publik tersebut.
- The information displayed on this website is sourced in part or in whole from Wikipedia and has been adapted for the purpose of restating it. We strive to provide accurate and relevant information, however:
- There is no guarantee of absolute accuracy. Wikipedia is an open, collaborative project that can be edited by anyone, so information is subject to change.
- It is not intended to constitute professional advice. The content displayed is for informational and educational purposes only. For important decisions (e.g., medical, legal, or financial), please consult a professional.
- Content copyright. Wikipedia is licensed under the Creative Commons Attribution-ShareAlike License (CC BY-SA). This means that content may be reused with appropriate attribution and shared under a similar license.
- Responsible use. Any risk arising from the use of information from this website is entirely the responsibility of the user.